İsrail Ordusu HAMAS-ın Sözçüsü Əbu Ubeydənin Öldürüldüyünü Təsdiqləyib

İsrail Müdafiə Qüvvələri (IDF) HAMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydənin (Hudahaifa Kahlout) öldürüldüyünü təsdiqləyib.
İnfoqraf.com xəbər verir ki, bu barədə IDF “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, əməliyyat İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Təhlükəsizlik Xidməti (ISA) tərəfindən həyata keçirilib. Əməliyyat ISA tərəfindən idarə olunub və öncədən əldə edilən kəşfiyyat məlumatları nəticəsində Əbu Ubeydənin gizləndiyi yer müəyyən edilib.
Qeyd edilib ki, Qəzza zolağındakı terror təşkilatlarına qarşı əməliyyatlar davam etdiriləcək və İsrailə qarşı hər hansı təhlükə aradan qaldırılacaq.