"Çelsi" La Liqa klubunun bu oyunçusunu aldı
Portuqaliyalı futbolçu ilə 2032-ci ilin iyununa qədər müqavilə imzalanıb.

İspaniya "Vilyarreal"ı "Çelsi"nin (İngiltərə) müdafiəçisi Renatu Veyqanı transfer edib.
İnfoqraf.com xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu ilə 2032-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Renatu Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"un (İtaliya) heyətində keçirib. O, bütün yarışlarda 33 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.