Dzeko 21-ci əsrin "10-luğ"unda

Dzeko üçün bu matç peşəkar karyerasında 1034-cü olub.

Avqust 22, 2025 - 21:27
 0  0
Dzeko 21-ci əsrin "10-luğ"unda

"Fiorentina"nın hücumçusu Edin Dzeko yeni uğura imza atıb.

İnfoqraf.com xəbər verir ki, o, Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin "Polissya" ilə ilk oyununda iştirak etməklə nail olub. 39 yaşlı forvard 70-ci dəqiqədə meydana çıxıb.

Dzeko üçün bu matç peşəkar karyerasında 1034-cü olub.

Bu nəticə ilə Dzeko 1033 oyun keçirən əfsanəvi braziliyalı Dani Alveşi geridə qoyub və 21-ci əsrin ən çox oyun keçirən  futbolçuları arasında "10-luq"da yer alıb. 

Eminquey Akif Azərbaycanlı yazıçı, şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, 2022-ci "İlin gənci", jurnalist