Azərbaycanın Ən Mübahisəli Şəxsiyyəti: Peyğəmbərmi, Allahmı?
Ona “peyğəmbər”, hətta “Allah” deyirdilər. İnsanlar onun əlini öpüb adına and içirdilər.

Ona “peyğəmbər”, hətta “Allah” deyirdilər. İnsanlar onun əlini öpüb adına and içirdilər. Asif Ata – Azərbaycan tarixində ən sirli və ən mübahisəli fiqurlardan biridir. Ölümündən sonra isə qəribə hadisələr baş verdi: iki dəfə dəfn olundu, kənd camaatı onun qəbrinə etiraz etdi.
Asif Atanın "Ləyaqətli Bəşər” ideyası var. O deyir ki, hər bir millət özü bir dəyərdir. O özü bəşərdir. Heç bir millətin başqa bir millətin dəyərinə qarşı çıxması, mədəniyyətini sıxışdırması, yerini dar eləməsi yolverilməzdir. Çəməndə çiçəklərin hərəsinin öz ətri, öz rəngi, öz gözəlliyi olduğu kimi, millətlərin də bəşərdə öz yeri var. Axı mücərrəd bəşər yoxdur. Bəşər millətlərin uca keyfiyyətlərinin birliyi deməkdir. Ona görə mən yazmışam ki, Məhəmməd peyğəmbər bəşəri peyğəmbər deyil. Çünkü bəşəriyyəti ləğv eləməyə girişən adam bəşəri ola bilməz. Bəşər xalqlarının etnik kimliyinə müdaxilə edən adam necə bəşəri ola bilər?! "Sən mənim ümmətimsən, Allah bunu belə buyurub, belə istəyib”. Ancaq qəribədir, ərəbin özünün mədəniyyəti qalır, dili qalır, hər şeyi qalır. Başqa xalqların, deyək ki, bizim, bir türk olaraq, kimliyimiz sıradan çıxarılır. Ona görə də bəşəri deyil.
Bu videoda Asif Atanın kimliyi, həyatındakı müəmmalar, inanılmaz hekayələr və gizli qalan sirlər açılır.
👉 Səncə, o kim idi: peyğəmbər, Allah, yoxsa sadəcə bir alim? Azərbaycanın Ən Mübahisəli Şəxsiyyəti: Peyğəmbərmi, Allahmı?
Hər videoda olduğu kimi bu dəfə də sizə maraqlı məlumatlar, maraqlı faktlar, tarixi araşdırmalar, bol informasiyalı yeni xəbərlər, sizi təəccübləndirəcək videolarla qarşınızdayıq.