Mənim səhnə geyimim onları niyə narahat edir? - Nura Suri

Nuri Suri açıq-saçıq geyiminə irad tutanlara cavab verib.

Avqust 11, 2025 - 14:36
Avqust 11, 2025 - 14:38
 0  2
Mənim səhnə geyimim onları niyə narahat edir? - Nura Suri

"Kişilərin utanmadan qadınların açıq şəkildə qeybətin etməsi, onların geyimini müzakirə etməsi ikrah hissi yaradır". 

İnfoqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk hesabında yazıb. 

"Hər dəfə deyirəm ki, təəcüblənməyəcəyəm heç nəyə, yenə də təəcüblənirəm insanların dərrakəsizliyinə, axmaqlığına. Beyin işlətməyən insanlardan zəhləm gedir. Deməli, şəkil paylaşmışam səhnə aldığım məkandan. Geyimim səhnə üçün hazırlanıb. Ümumiyyətlə, Facebookda şəkil, video, klip nadir hallarda paylaşıram. Facebookda status yazmağa daha çox üstünlük verirəm. Nə isə, şərhlərdə bir neçə “kişi” (Facebook istifadəçisi) mənə yazılan xoş sözlərə ağızlarına gələni yazırlar. Əvvəlcə bir neçəsini sildim, sonra düşündüm ki, qalsın, başqaları da görsün, belələrini tanısın. Mənim səhnə geyimim onları niyə narahat edir, anlamıram. Kişilərin utanmadan qadınların açıq şəkildə qeybətin etməsi, onların geyimini müzakirə etməsi ikrah hissi yaradır".

Qeyd edək ki, müğənninin feysbuk hesabında paylaşdığı şəkillər müzakirəyə səbəb olub.

Eminquey Akif Azərbaycanlı yazıçı, şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, 2022-ci "İlin gənci", jurnalist