Mehmet Ali Erbil Özündən 42 Yaş Kiçik Xanımla Evləndi
Türkiyənin məşhur aktyor, şoumen, aparıcısı Mehmet Ali Erbil altıncı dəfə evlənib.

Türkiyənin məşhur aparıcısı 68 yaşlı Mehmet Ali Erbil altıncı dəfə evlənib.
İnfoqraf.com xəbər verir ki, aparıcının bu gün özündən 42 yaş kiçik sevgilisi Gülseren Ceylanla toyu olub.
Əvvəllər altıncı evliliyinə qarşı çıxan və bunu açıq şəkildə dilə gətirən bütün övladları Erbilin toyunda iştirak ediblər.
Qeyd edək ki, Mehmet Ali Erbil daha öncə 5 dəfə evli olub və ayrı-ayrı evliliklərindən 3 övladı var.
Eminquey Akif
Azərbaycanlı yazıçı, şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, 2022-ci "İlin gənci", jurnalist