Təbrizdə Şəhriyarı Ayaq Altına Saldılar – Şairin Şəkli Tualet Çıxışında
Təbrizdə parkların birində Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarı ayaq altına sərdilər.

Təbriz şəhərində yerləşən parklardan birində böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın şəkli ayaqaltına sərilib. Şəkil parkdakı ictimai tualetin çıxışında yerləşdirilib və insanlar oraya həmin şəkil olan xalçanın üzərindən keçərək çıxırlar.
İnfoqraf.com xəbər verir ki, sözügedən görüntüləri şair Əli Çağla çəkərək öz sosial şəbəkə hesabında paylaşıb. O, videosunda bunun Azərbaycan ədəbiyyatına və milli dəyərlərə hörmətsizlik olduğunu bildirib.
Qeyd edək ki, Əli Çağla ictimai tualeti işlədənin türk olduğunu vurğulayıb.