Həsənağa Turabov Yaşar Nurini Satan Adama Nə Demişdi?

Maraqlıdır ki, “Qanlı Zəmi” filmində Nəbinin (Həsənağa Turabov) qoluna qandal vuran Səlim bəyin dediyi “Kişinin qoluna qandalı da gərək kişi vursun” cümləsi bu əhvalatdanmı ilhamlanıb?

Jul 29, 2025 - 14:32
Jul 29, 2025 - 14:51
 0  1
Həsənağa Turabov Yaşar Nurini Satan Adama Nə Demişdi?

Böyük sənətkar Həsənağa Turabov "Azdrama"nın direktoru olanda gəlib ona deyirlər ki, Yaşar Nuri teatra içkili gəlib. Həsənağa Turabov inanmayıb, aparıb göstəriblər. Yaşar Nuri həqiqətən də içkili olub. 

Qəsdən sakitcə cavab verib ki, "o içkili deyil, yorğundur". 

Xəbəri gətirən adam Həsənağa Turabovdan əl çəkməyib və elə ordaca başlayıb Yaşar Nuri haqqında başqa xəbərlər də verməyə, çalışıb ki onu gözdən salsın, işdən qovdursun. Bunu görən Həsənağa Turabov xəbər gətirən həmin aktyoru işdən qovaraq deyib: 

"Kişi kişidən xəbər gətirməz, onu ailəsini çörəklə sınağa çəkməz. Mən dost olduğumla sonadək dost, düşmən olduğumla sonadək düşmənəm. Sənsə kişi deyilsən, nə dost, nə də düşmən olmağa layiqsən. Gərək düşmənin də kişi olsun”.

Maraqlıdır ki, “Qanlı Zəmi” filmində Nəbinin (Həsənağa Turabov) qoluna qandal vuran Səlim bəyin dediyi “Kişinin qoluna qandalı da gərək kişi vursun” cümləsi bu əhvalatdanmı ilhamlanıb?

Ssenarisi Süleyman Rüstəm və Əhmədağa Muğanlı olan “Qanlı zəmi” filminin rejissoru həm də Həsənağa Turabovdur axı. 

Hər bir halda Həsənağa Turabov gəlib-getmiş ən böyük sənətkarlarımızdandır. Həm rejissoruluğu ilə, həm də aktyorluğu ilə. 

Ruhuna sayğılar!

 

Eminquey

Eminquey Akif Azərbaycanlı yazıçı, şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, 2022-ci "İlin gənci", jurnalist