Niyə Heç Bir Fəxri Ad Almadı? – Akif İslamzadənin Əsl Hekayəsi
1987-ci ildə səsini qəfil itirən müğənni haqqında yayılan zəhərlənmə şayiələri, xərçəng diaqnozu, səs telinin çıxarılması, sənətin zirvəsindəykən toylardan imtinası və sonda səssizliyə çəkilişi – bu video sənətkarın həm parlaq, həm də kədərli taleyinə bir baxışdır.
Çox ağır günlər yaşayan Akif İslamzadə Moskvada müayinə olunur. Ona həkimlər xərçəng diaqnozu qoyur. Daha sonra müğənninin səs tellərindən biri əməliyyat olunaraq çıxarılır. Həmin günləri müğənni belə xatırlayır:
"1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular – bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra, ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu. Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra illərdir ki, yaşayıram. Əməliyyat olundum, səs telimin birini çıxardılar. İndi səs telimin biri yoxdur".
Azərbaycan musiqisinin unudulmaz səsi – Akif İslamzadə. Anası məşhur xanəndə Sara Qədimova, özü isə Azərbaycanın ən çox sevilən sənətçilərindən biri. "Ala gözlüm", "Sarı gəlin", "Bu gecə" kimi mahnılarla yaddaşlara həkk olunan Akif İslamzadənin həyatı isə təkcə uğurlarla dolu deyil...
1987-ci ildə səsini qəfil itirən müğənni haqqında yayılan zəhərlənmə şayiələri, xərçəng diaqnozu, səs telinin çıxarılması, sənətin zirvəsindəykən toylardan imtinası və sonda səssizliyə çəkilişi – bu video sənətkarın həm parlaq, həm də kədərli taleyinə bir baxışdır.
O, heç vaxt fəxri ad almadı. Amma xalqın yaddaşında qalmağı bacardı. Bu videoda həm də məşhur “Alagözlüm” mahnısının arxasındakı gizli faciəvi tarixçəni öyrənəcəksiniz.