Plana düşən ərazilər və uçurulan ümidlər - Eminquey Akif nə yazır?

Bu yazı illərdir evinin plana düşməsini gözləyən bir kasıbın hüznüdür.

Sentyabr 17, 2025 - 22:21
Janvar 14, 2026 - 04:26
 0  85
Plana düşən ərazilər və uçurulan ümidlər - Eminquey Akif nə yazır?
Emin infoqraf.com

Əjdaha taktikadır. İyunda gəldilər ki, Xutoru ölçürük. Hərənin əlində bir dənə metrə. Gah damlara dırmaşdılar, gah da evlərə girdilər. Soruşduq ki, nəmənədir? Dedilər, Xutor plana düşür. And-aman verdik, dedilər, Həzrət Abbas haqqı, bu dəfə dəqiqdir, prezidentin fərmanı var. Dedik, bəs nə vaxt? Dedilər, uzağı sentyabrda lazerlə ölçməyə gələcəklər. İlin axırına da pul danışmağa.

Sonra məlum oldu ki, bu gələnlərin içində bir nəfər torpaq vergisi verməyən (kupçalılar) adamlara xəbərdarlıq edib. Deyib, vergini ödəyin.

Bu ərəfədə Sovetskinin sökülməyi ilə bağlı rəsmi xəbərlər çıxdı. 

Üstündən qısa müddət keçdi, Xutordan keçən əsas yolu qazıb bağladılar. Düşündük ki, hə, deməli, nə isə baş verəcək. Bu da ona işarədir. Yol bir müddət qaldı bağlı.

Bu ərəfədə Yasamalda söküntünün olacağı ilə bağlı rəsmi xəbərlər çıxdı. 

Sonra bələdiyyənin işçiləri töküldülər Xutora. Başladılar hay-həşirə düşüb evinin üstünü qaldıranları "nakazat" eləməyə. Bütün yeni tikilən və tikilməkdə olan ikinci mərtəbələri dağıtdılar. Bəli, beş-on nəfərlə gəldilər, dağıtdılar.

Bu ərəfədə köhnə binaların söküləcəyi ilə bağlı xəbərlər çıxdı. 

Söz-söhbətin biri bir köpükdən yayılmağa başladı. Biri dedi ki, yuxarıda adamımız var, deyir, buranı söküb park edəcəklər. Biri dedi ki, park olacaq, parkda da əzəmətli bir heykəl. Başqası dedi ki, kvadratına da 3000 verəcəklər. O dedi, bu dedi, o dedi, bu dedi. 

Məni tanıyan adamlarda harada məni tutdular, soruşdular, xəbər səndə olar, jurnalist adamsan. Dedim, vallah, bilmirəm. Rəsmi heç nə yoxdur. Amma gedişat nəsə ona oxşayır. Ki, sökəcəklər. Yenə də yuxarıdan gələnə qədər inanmayın. 

Sonra "Azərsu"nun işçiləri gəldi. Başladıkar su sayğaclarını yoxlamağa. Kimin evində müdaxilə olunan sayğac varsa, qeydə alıb" cərimə" yazılacaq deyib getdilər.

Təzəlikcə də bilirsiniz nə oldu? Yolu asfaltlayıb açdılar. Vallah-billah, o yolu sadəcə qazdılar və yenidən xalça döşəyirmiş kimi asfaltlayıb açdılar. Belə. Amma Xutorla bağlı heç bir rəsmi xəbər, heç bir sərəncam olmadı. Hamı bütün problemlərini həll elədi bu söhbətin üstündə. 

Və beləcə, yeni evə, rahat həyata, pəncərəli və rütubətsiz yuvaya həsrət qalan adamların ümidi ilə oynadılar. Mənə bir qadın yazmışdı ki, yekə kişisiniz, özünüzə ev ala bilmirsiniz, dövlətdən mədət umursunuz? Xanıma cavab vermədim, çünki həssas yerimdir. Cavab versəm, sonu yaxşı olmayacaqdı.

İndi o xanım da oxusun. Bakıda ev almaq üçün adamda g... lazımdır. Bəli, g... Sözün əsl mənasında. Bakıda ev almaq ancaq orası dövriyyədə olanlar üçündür. Hə, bir də naxışı gətirən, əli pulla oynayan adamlar üçün. Kasıb ya kirayədə qalar, ya da ipotekada. 

Əgər sizin gözünüzdə biz kişi deyiliksə, bizi bu kişilikdən məhrum edənlərə bildirin iradınızı. 

INFOQRAF Founder & Digital Strategist at Infoqraf | Empowering Your Tech Journey ​Body Text: "Hi, I’m the creator of Infoqraf, a platform dedicated to simplifying the complex world of technology through data-driven insights and visual storytelling. With a passion for Artificial Intelligence, digital productivity, and emerging tech trends, I started this project to help users navigate the rapidly evolving digital landscape. ​At Infoqraf, my mission is to transform 'dry' technical data into actionable knowledge. Whether it’s finding the best AI tools to automate your workflow or providing step-by-step guides to solve digital challenges, I focus on delivering content that is both high-quality and easy to digest. ​With years of experience exploring the intersection of software and efficiency, I am committed to bringing you the most accurate, up-to-date, and 'infographic-style' tech reviews. Let’s build a smarter, more productive digital future together."