Peskov: Putinlə Əliyevin ŞƏT Sammiti Çərçivəsində Görüşmək İmkanı Olacaq

Avqust 31, 2025 - 21:35
 0  0
Peskov: Putinlə Əliyevin ŞƏT Sammiti Çərçivəsində Görüşmək İmkanı Olacaq

“Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında söhbətin baş tutması mümkündür; onların görüşmək imkanı olacaq.”

İnfoqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ümidvaram ki, onların sabah ŞƏT-in iclası çərçivəsində görüşmək imkanı olacaq. Ən azı, belə bir fürsət olacaq", - Peskov bildirib.

Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir və 20-dən çox xarici ölkə lideri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Eminquey Akif Azərbaycanlı yazıçı, şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, 2022-ci "İlin gənci", jurnalist