Manifest qrupunun üzvləri üçün məhkəmə nəzarəti və səyahət qadağası

Ötən həftə AK Partiyanın rəhbərlik etdiyi Ərzurum Böyükşəhər Bələdiyyəsi Manifestin səhnə geyimini “uyğunsuz” görərək şəhərdə keçiriləcək konserti ləğv edib.

Sentyabr 10, 2025 - 02:54
 0  0
Manifest qrupunun üzvləri üçün məhkəmə nəzarəti və səyahət qadağası

Manifest qrupu Mina Solak, Esin Bahat, Zeynep Sude Oktay, Lidya Pınar, Sueda Uluca və Emine Hilal Yelekçidən ibarətdir.

Məşhur musiqi qrupu “Manifest” İstanbul Baş Prokurorluğunun “nalayiq hərəkətlər” və “əxlaqsızlığı təbliğ” ittihamı ilə başlatdığı istintaq çərçivəsində ifadə verib.

İnfoqraf.com-un məlumatına görə, məhkəmə qrup üzvlərinin beynəlxalq səyahət qadağası və imzaya əsaslanan məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.

İstintaq qrupun sentyabrın 6-da Şənbə günü Küçükçiftlik Parkında verdiyi konsertdən sonra başlayıb.

Prokurorun bəyanatında qrupun konsertdəki rəqsləri və çıxışlarının “ədəb-ərkan, iffət, təvazökarlıq hissi və gözəl davranış prinsiplərini təhqir etdiyi” iddia edilir.

Eminquey Akif Azərbaycanlı yazıçı, şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, 2022-ci "İlin gənci", jurnalist